Haqqında
Xalqımızın gözəl qızı, ulduz qadını
Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.
Zərifə xanım Əliyeva Azərbaycanın qeyrət və idraklıq, ağıl və dərrakəlik, mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik rəmzi sayılan Tomris ana və Nüşabələrin, Burla xatun və Banuçiçəklərin, Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanların, Tuti Bikələrin, Nigarların, Həcərlərin 20-ci yüzillikdə ən layiqli davamçılarından biri kimi müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adlamış, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksələ bilmişdir.
Zərifə xanım Əliyevanın qaynar həyat və yaradıcılıq fəaliyyəti Azərbaycan Tibb Universiteti, Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur.
1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, İkinci dünya müharibəsinin davam etdiyi 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş, orada iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursu keçmişdir. Zərifə xanım ixtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmış və Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilmişdir. O, 1950-ci ildə aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində çalışmışdır.
Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı və xalqımızı bu müdhiş bəladan xilas etmək zərurəti Zərifə xanım Əliyevanı rahat buraxmırdı. O, bütün diqqətini bu xəstəliklə mübarizəyə və digər göz xəstəliklərinin müalicəsinə yönəltdi. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi. O, ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı oldu və kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil etdi. O, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü.
Zərifə xanım Əliyeva dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası onun oftalmologiya ixtisası üzrə elmi işçi adını təsdiq etmişdir.
Zərifə Əliyeva bu illər ərzində ciddi elmi-tədqiqat işləri, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicəvi işlərlə yanaşı, geniş diapazonlu pedaqoji fəaliyyətini də uğurla davam etdirmişdir. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Zərifə xanım bu institutun divarları arasında dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdir. Zərifə Əliyevanın ADHTİ-də göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən dinləyici həkimlərlə apardığı mühazirə və praktik məşğələləri son dərəcə maraqlı və yeniliklərlə zəngin olduğundan kursdan kənar digər həkim və assistentlər, müəllim və elmi işçilər də ona həvəslə qulaq asır, həyat təcrübəsi toplayır, məmnun qalırdılar. Zərifə xanımın bütün mühazirələri, praktik məşğələləri müvafiq mövzular üzrə xəstə nümayişi ilə, müasir müayinə üsullarının tətbiqi, eləcə də digər əyani vasitələrlə müşayiət olunurdu.
Zərifə Əliyeva Azərbaycan Tibb Universiteti ilə həmişə sıx əlaqə saxlamış, onu özünə "Alma mater" hesab etmişdir. ATU öz layiqli məzunu ilə fəxr etməyə haqlıdır. Tibb Universitetinin oftalmologiya kafedrası əməkdaşlarının əksəriyyəti Zərifə xanımın yetişdirmələridir. 1977-ci ildə Zərifə xanımın atası Əziz Əliyevin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda keçirilən 80 illik yubileyindəki çıxışı kollektivin qəlbində silinməz izlər buraxmış, xoş xatirələrə çevrilmişdir. ATU dünya şöhrətli məzunu Z.Əliyevanın unudulmaz xatirəsini həmişə əziz tutur, bu qocaman təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir ki, bu da gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Zərifə Əliyeva ADHTİ-də çalışarkən ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikasını və müalicəsini ön plana çəkmişdir. O, peşə amili etimologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin Zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt "Üzvi sintez" İstehsalat Birliyində, Mingəçevir "İzolit" və rezin-texnika məmulatı zavodlarında, Gəncə gil-torpaq kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli tədbirlər görmüşdür. Z.Əliyeva bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl öyrənmiş, profilaktik və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaratmışdır. Zərifə xanım zərərli müəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə bütövlükdə onların həyatını xilas edirdi.
Gənc alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü Z.Əliyeva elmi istiqamətinin üstünlüklərini, elmi kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha sübuta yetirdi.
Görkəmli alimlər öz çıxışlarında dissertasiya işini yüksək qiymətləndirdilər. N.Seçenov adına İkinci Moskva Tibb İnstitutu oftalmologiya kafedrasının müdiri, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, professor A.Nesterov hamının ürəyindən xəbər verərək dedi: "Biz hamımız həqiqətən dəyərli, nümunəvi bir dissertasiya görmək istəyirdik və bunun şahidi olduq". Bundan bir qədər sonra Zərifə xanım Əliyeva ADHTİ-də müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş və qısa müddətdə onun çoxdan layiq olduğu professor elmi adı təsdiq edilmişdir.
1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin gözəl xüsusiyyətlərinin qabarıq surətdə üzə çıxmasına imkan yaratdı. Plenumun ardıcıl plana müvafiq şəkildə aparılan bütün parametrlərinin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə xanım Əliyevanın təşkilatçılıq bacarığının təzahürünə çevrildi. Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun keçirilməsi Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda professor Zərifə Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış laboratoriya yaradılması haqqında təklif irəli sürdü və plenum iştirakçıları yekdilliklə bu təklifi müdafiə etdilər. Professor Zərifə Əliyeva 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun "Görmə orqanının fiziologiyası və peşə patologiyası" adlı belə bir unikal laboratoriyasının yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi, peşə xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də tətbiq edilmişdi. Professor Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi monoqrafiyalarında və digər elmi əsərlərində öz əksini, dolğun ifadəsini tapmışdır.
Professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. Həyatda və məişətdə olduğu kimi, elmdə də son dərəcə təvazökar və səmimi olan professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolundakı səmərəli və möhtəşəm xidmətlərinə görə qazandığı bu nüfuzlu mükafatı Azərbaycan oftalmologiya elminə yüksək qiymət kimi dəyərləndirmişdir.
Professor Zərifə Əliyeva 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Bu məsuliyyətli vəzifəyə seçildikdən sonra Zərifə Əliyevanın həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir dairəsi daha da genişlənmiş, onun tibb təhsili sisteminə, tibb elminə və bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələr xalq və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Zərifə Əliyeva qısa müddətdə kafedrada yenidənqurma işləri apararaq onu müasir diaqnostika və müalicə cihazları ilə təmin etmiş, nadir təşkilatçılıq bacarığı nümayiş etdirərək kollektivin elmi və pedaqoji nüfuzunu artırmış, əməkdaşların diqqətini oftalmologiyanın perspektivli istiqamətinə yönəldə bilmişdir.
Zərifə xanım Əliyeva 1983-cü ildə elmi və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə görə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.
Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivləri" və sair əsərləri bu qəbildəndir.
Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Yaşla bağlı gözün əsəb yollarının dəyişilməsi" və digər monoqrafiyaları göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Z.Əliyevanın birgə müəlliflərlə qələmə aldığı fundamental "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.
Akademik Z.Əliyeva kimi etik və mədəni səviyyə meyarının ən yüksək pilləsində dayanan nadir bir şəxsiyyətin - Hippokrat andının ən sədaqətli nümayəndəsinin oftalmologiya elminin bütün sahələrinə dair möhtəşəm əsərlərlə yanaşı, həkimlik etikası və tibbi deontologiya haqqında da sanballı, həmişəyaşar, mənalı və məzmunlu əsərlər yazmaması mümkün deyildi. Yaxşı ki, Zərifə xanım etik normalar və deontologiya haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilib. Həm bu gün, həm də gələcəkdə onun "Yüksək etimad" kimi kitabları gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir şəxsiyyət kimi formalaşmasında ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər olaraq qalacaq, aktuallığını heç vaxt itirməyəcəkdir.
Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitinin müəllifidir.
Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, həmçinin çoxillik elmi, pedaqoji, müalicəvi, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif edilmişdir.
Akademik Zərifə Əliyevanın əsərləri ilə yaxından tanış olan dünya alimləri onun elmi-tədqiqat işlərinə yüksək qiymət vermişlər. Akademik Zərifə xanımı yaxından tanıyan Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru, Dövlət mükafatı laureatı M.Krasnovun "Alimlik zirvəsi, yaxud Zərifə xanımın xeyirxahlıq, ağıl və qüdrət məktəbi", Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K. Trutnevanın "Alim, pedaqoq, insan...", tibb elmləri doktoru, professor Z.Skripniçenkonun "Alim ömrü", Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Tibb İnstitutu göz xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A.Nesterovun və Oftalmologiya və Radiologiya Mərkəzinin rəhbəri, Dövlət mükafatı laureatı, professor A.Brovkinanın "Anılan dost", Leninqrad Gigiyena İnstitutu göz xəstəlikləri kafedrasının müdiri, professor A.Dobromıslovun "Azərbaycanın gözəl qızı", professor A.Dobromıslovanın "Akademik Əliyeva və yaxud insan və qadın taleyi haqqında", Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, əməkdar elm xadimi, professor N.Şulpinanın "Amalı, niyyəti saf olan insan", Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının professoru, akademik Filatov adına mükafatın laureatı V.Şmilyevanın "Ana itirmişik ana yaşında", Azərbaycan alimlərindən prezidentin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri, professor Fatma Abdullazadənin "Sənsiz günəşsiz qaldı günlər", Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, respublika səhiyyə naziri, akademik Əli İnsanovun "Nadir zəkalı adam", Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Tarix İnstitutunun keçmiş direktoru, akademik P.Əzizbəyovanın "Al, bu işığı sənə verirəm!..", tibb elmləri doktoru, professor A.İmaməliyevin "Cazibə", Azərbaycan Tibb Universiteti göz xəstəlikləri kafedrasının professoru, respublika Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Z.Quliyevanın "40 ilin dostluğu və bir günün yoxluğu", tibb elmləri doktoru, professor P.Məlikaslanovanın "Qəlbin açıq qapıları", Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun keçmiş direktoru, professor N.Əfəndiyevin "O, atasının yolu ilə gedirdi", Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun şöbə müdiri, professor Q.Nəsrullayevanın "Ömrün gözəl illəri", Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu göz xəstəlikləri kafedrasının müdiri, professor M.Sultanovun "Ölməz qəlbin sadəliyi", Azərbaycan Tibb İnstitutu fəlsəfə kafedrasının keçmiş müdiri professor A.Nəcəfovun "Vicdan həkimi", professor Q.Adıgözəlova - Polçayevanın "Yaxşılıq, yaxşılıq, yalnız yaxşılıq", tibb elmləri doktoru, tibb xidməti polkovniki B.Vaynşteynin "Yanaşı yollar və yaxud portret cizgiləri", Azərbaycanın xalq rəssamı A.Mirqasımovun "Zəriflik və böyük qürbət" adlı xatirə yazılarında və digər əsərlərdə akademik Zərifə Əliyevanın bütün gözəl xüsusiyyətləri öz parlaq ifadəsini tapmışdır.
Zərifə xanım Əliyevanın yaradıcılığına, zəngin fəaliyyətinə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mirvarid Dilbazi, Fikrət Qoca, Nəriman Həsənzadə və digər şairlər şerlər qoşmuş, bəstəkarlar nəğmələr bəstələmiş, rəssamlar tablolar həsr etmiş, Eldar Ömərov kimi məşhur heykəltəraş "Elegiya" timsallı şedevr əsər yaratmışlar. Əminik ki, belə əsərlər bundan sonra da yaranacaq, akademik Zərifə Əliyevanın böyüklüyü gələcək nəsillərə olduğu kimi çatdırılacaqdır.
Akademik Zərifə Əliyeva nəsillərə örnək olacaq nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, bütövlükdə çiyin-çiyinə yaşadığı ömür-gün yoldaşı ilə, sədaqətli övladları ilə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak etmişdir. O, azadlıq, bərabərlik, dostluq, sülh tərəfdarı olan geniş qəlbli, böyük ürəkli, bəşəri duyğularla yaşayan monumental bir qadın, zəngin daxili aləmə, şəxsiyyət bütövlüyünə malik həssas qəlbli bir ana təki keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. Zərifə xanım Əliyeva respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, həmçinin Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Akademik Z.Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi, çətinliklərdən keçib oddan-alovdan adlayaraq ulduzlara doğru irəliləyən, elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü.
Zərifə xanım Əliyeva özünün yazıb-yaratdığı monumental əsərləri ilə, qoyub getdiyi elmi nailiyyətləri ilə, pedaqoqluq səriştəsi, təvazökarlıq və yüksək səviyyəli mədəni irsi ilə ideal bir həkim, alim, insan kimi daim yaşayır və yaşayacaqdır. O, həmişə bizimlədir, bizim aramızda, bizim sıramızdadır. Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.
Ə.ƏMİRASLANOV,
akademik,
SSRİ Dövlət mükafatı laureatı,
M.CAVADZADƏ,
akademik