Əbədiləşən adı

Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının açılışı

2006-cı il iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının təntənəli açılış mərasimi olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva akademik Zərifə Əliyevanın xəstəxananın binası qarşısında ucaldılmış büstü önünə gül dəstələri qoydular.

Sonra dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi, foyedə Zərifə xanımın fəaliyyətindən bəhs edən guşə ilə tanış oldu. Prezidentə məlumat verildi ki, kənd xəstəxanası 35 çarpayılıqdır, Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına iki ay yarım ərzində əsaslı şəkildə bərpa olunmuş və müasir avadanlıqla təmin edilmişdir. Hazırda burada 25 nəfər çalışır. Burada poliklinika da fəaliyyət göstərir. Prezident İlham Əliyev burada cərrahiyyə otağı, stomatoloji kabinet, doğum, göz xəstəlikləri şöbələri ilə yaxından tanış oldu.


BAKI.29.06.2006. AzerTAc.