Xəbərlər

Masallıda akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun filiali fəaliyyət göstərəcəkdir


Masallı rayonunda akademik Zərifə Əliyeva adına göz xəstəlikləri institutunun filialı açılacaqdır.

Bu məqsədlə rayon mərkəzi xəstəxanasının yerləşdiyi ərazidə yeni tibb ocağınının tikintisinə başlanmışdır. Burada xidmət otaqları ilə yanaşı, konfrans zalı və digər yardımçı otaqlar da fəaliyyət göstərəcəkdir.

Yeni şəfa ocağında Bakı şəhərindən gəlmiş mütəxəssis-həkimlərin iştirakı ilə vaxtaşırı cərrahiyyə əməliyyatları aparılacaqdır.

Obyektin aprelin sonlarında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

BAKI. 08.03.2008. AzərTAc.