Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Bakı Dövlət Universitetinin tələbələri arasında gözlərin müayinə və müalicəsini həyata keçirib.
Aksiya görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunub. Müayinə zamanı əksər tələbələr üzərində gözün ilkin diaqnostikası təyin olunub, lazımi məsləhətlər verilib.
Müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar klinika respublikanın müxtəlif bölgələrində əhaliyə tibbi yardım göstərir. Səyyar klinikanın təhsil müəssisələrində mütəmadi olaraq keçirdiyi aksiyaların məqsədi tələbələri tədrisdən ayırmadan onları oftalmoloji müayinə etmək, gözlərdə yaranan patoloji dəyişiklikləri aşkara çıxararaq müalicə etməkdir.