Fevralın 9-da “Qafqaz Media” İctimai Birliyində (İB) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
İctimai birliyin sədri Azadə Hüseynova görkəmli oftalmoloq alimin həyatı və elmi yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.
Çıxış edənlər Azərbaycanda oftalmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın əvəzsiz xidmətləri olduğunu bildirmişlər. Vurğulanmışdır ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, oftalmalogiya elmi sahəsində yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Sonda akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş konsert təqdim edilmişdir.
BAKI. 09.02.2013. AzərTAc.