Xəbərlər

Akademik Zərifə Əliyevann anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək


Aprelin 28-də Bakıda görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilən məlumata görə, konfransda oftalmologiyanın fundamental problemləri, oftalmoloji yardımın təşkili məsələləri, göz patologiyasının müasir diaqnostika üsulları, uşaq yaşlarında görmə orqanının patologiyası, göz patologiyasının yüksək texnoloji cərrahi müalicə üsulları, refraksiyanın anomaliyaları, ametropiyaların korreksiyası xüsusiyyətləri, göz patologiyasının terapevtik müalicə üsulları mövzuları müzakirə olunacaq.