Xəbərlər

Görkəmli alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir


Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubleyi münasibəti ilə cümə günü Ədliyyə Nazirliyinin Penitensiar blokunda mərkəzin əməkdaşlarının iştirakı ilə 12 məhkumun gözündə cərrahiyyə əməliyyatı Xidmətinin müalicə müəssəsində Milli Oftalmalogiya Mərkəzinin xüsusi səyyar oftalmoloji müayinə və əməliyyat aparılıb, 30 məhkum əlavə oftalmoloji müayinələrə cəlb olunub.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib ki, Penitensiar müəssisələrdə saxlanılan məhkumlar arasında göz xəstəliklərini vaxtında aşkar etmək və adekvat tibbi yardım göstərmək məqsədilə Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə geniş ixtisaslaşdırılmış tibbi müayinələr təşkil edilib.

Onun sözlərinə görə, mart- aprel ayları ərzində 80-nə yaxın məhkumun görmə orqanı müasir avadanlıqlar vasitəsilə müayinə edilib, 10-a yaxın məhkum daha dəqiq avadanlıqlarla müayinə olunmaq üçün Milli Oftalmologiya Mərkəzinə göndərilib.

Məhkumların görmə orqanlarında yaranan xəstəliklərin müasir tələblərə cavab verən səviyyədə müalicəsini təmin etmək üçün PX-in Tibb Baş İdarəsi tərəfindən Milli Oftalmologiya Mərkəzi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Mehdiyev bildirib ki, 2012-cü ilin müxtəlif dövrlərində cəzaçəkmə müəssisələrinin 12 məhkumu Milli Oftalmologiya Mərkəzinə müşaiyət edilərək cərrahiyyə əməliyyatı olunub, 24 məhkum müxtəlif əlavə müasir müayinələrə cəlb olunub.

Mərkəzin mütəxəssisiləri cəzaçəkmə müəssələrində 128 məhkuma tibbi baxış və oftalmoloji müayinə həyata keçirib. Bu əməkdaşlıq məhkumlara yüksək səviyyəli oftalmoloji yardımın təmin edilməsində köməklik göstərir.



BAKI. 05.04.2013.