Xəbərlər

Milli Kitabxanada akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi açılıb


M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş sərgi açılmışdır.

Sərgidə alimin müəllifi olduğu kitablar, onun məqalələri, ayrı-ayrı müəlliflərin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında yazdıqları kitablar, dövri mətbuat nümunələri nümayiş etdirmişdir.

BAKI.11.04.2013 AzərTAc.