Xəbərlər

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Profilaktika İnstitutunda akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Profilaktika İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Namiq Əliyev açaraq Zərifə xanım Əliyevanı gözəl insan, elm ictimai xadim, xeyirxah əməllərə sahib olan nəcib bir insan kimi səciyyələndirmişdir.

Qeyd etmişdir ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan nəcib dəyərləri özündə birləşdirən mehriban ana idi.

Sonra institut əməkdaşları Məşuqə Əlili və Sevda Xəlilova Zərifə xanımın həyatı əlmi pedaqoji və praktik fəaliyyəti barədə məruzə etmişlər.

Digər çıxış edənlər də xalqımızın vətənpərvər övladı Zərifə Əliyevanın ömür yolundan və tibb elminə verdiyi töhfələrdən söhbət açmışlar.

BAKI, 12.04.2013 AzərTAc.