Xəbərlər

Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş “Analıq, qadınlıq, təbiblik mücəssəməsi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir


Aprelin 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Mədəniyyət İşçiləri Həmkarları İttifaqı Respublika Komitəsi və AHİK-in nəzdində “Gender bərabərliyi və qadın problemləri üzrə” Mərkəz akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş “Analıq, qadınlıq, təbiblik mücəssəməsi” mövzusunda birgə elmi-praktiki konfrans keçirmişlər.

Konfransı açan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi və yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan oftalmologiyası qarşısında əvəzsiz xidmətlərindən danışmışdır.

Sonra “Akademik Zərifə Əliyeva yaddaşlarda yaşayır”, “Sədaqətli ömür-gün yoldaşı, gözəl ana”, “Zərifə Əliyevanın Azərbaycanın tarixində ictimai fəaliyyəti” mövzularında məruzələr dinlənilmişdir.

Sonda akademik Zərifə xanım Əliyeva haqqında videoçarx göstərilmişdir.

BAKI.25.04.2013. AzərTAc.