Xəbərlər

Azərbaycan Prezidenti akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd orta məktəbində olmuşdur


Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına orta məktəbdə olmuşdur.

2005-ci ildə istifadəyə verilmiş məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılmışdır. Hazırda burada 530 şagird təhsil alır.

Dövlətimizin başçısı Zərifə xanım Əliyevanın büstü önünə gül dəstəsi qoydu, görkəmli oftalmoloq alimin xatirə muzeyinə baxdı, fənn kabinetləri, kompyuter sinifləri ilə tanış oldu.

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına baş çəkərək, şagirdlərə dərslərində uğurlar arzuladı.

BAKI. 17.10.2007. AzərTAc.