Ukraynanın İrpen şəhərindəki “Akademik Zərifə Əliyeva” küçəsində və Zərifə parkında bahar iməciliyi keçirilmişdir

Martın 30-da Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Kiyev şəhərindəki ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə birlikdə Ukrayna paytaxtının peyk şəhəri olan İrpenin mərkəzində salınmış Zərifə parkında iməcilik keçirmişlər. Burada Azərbaycanın görkəmli oftalmoloq alimi akademik Zərifə Əliyevanın abidəsi ucaldılmışdır.

Diplomatlar və tələbələr İrpen sakinlərinin sevimli istirahət yerinə çevrilmiş parkda iməcilik keçirmiş, ağac əkmiş, “Akademik Zərifə Əliyeva” küçəsində abadlıq işləri aparmışlar.

 

BAKI. 30.03.2008. AzərTAc.