Kəngərlidə görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır

Beynəlxalq aləmdə Azərbaycan oftalmologiya elmini layiqincə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, milli oftalmologiya sahəsində ilk qadın akademik Zərifə xanım Əliyevanın anadan olmasının 84-cü ildönümü münasibətilə Kəngərli rayonundakı Şahtaxtı kənd orta məktəbində tədbir keçirilmişdir.

Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın büstü önünə gül dəstələri düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmiş, “Zərifə Əliyeva” xatirə muzeyi ilə tanış olmuşlar.

Məktəbin direktoru Zal Rüstəmov, müəllimlərdən Qumral Hüseynova, Afət Nağıyeva, Naxçıvan MR Təhsil Nazirliyinin şöbə müdiri Sabir Məmmədov görkəmli alimin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından danışmış, məktəblilər ulu öndər Heydər Əliyevə, Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər söyləmişlər.

BAKI. 03.05.2007. AzərTAc.