Ankaradaki yeni parka akademik Zərifə Əliyevanin adı verilmişdir

Türkiyə paytaxtı Keçiörən rayonu qadınlarının təşəbbüsü ilə Bələdiyyə Məclisi Ankaranın bu rayonunda salınan yeni parka həyat və fəaliyyəti ilə türk dünyası qadınına örnək olan, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adının verilməsi haqqında qərar qəbul etmişdir.

Bələdiyyə Məclisinin qərarında bildirilir ki, parka Zərifə xanım Əliyevanın adının verilməsi “Bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlığının daha bir parlaq nümunəsidir.

Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok bildirmişdir ki, 22 min kvadratmetr ərazidə yerləşən Zərifə Əliyeva parkında tamamlama işləri aparılır və paytaxt sakinlərinin ən gur istirahət yerlərindən biri olacaq bu park bir aydan sonra istifadəyə veriləcəkdir.

BAKI. 22.05.2007. AzərTAc.