Ukraynada Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın xatirəsi yad edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin əməkdaşları Azərbaycanın görkəmli alimi, oftalmoloq Zərifə Əliyevanın xatirəsini yad etmişlər.

Görkəmli alimin Ukraynanın İrpen şəhərində Zərifə Əliyeva adına Dostluq parkında ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyulmuşdur. Mərasimdə Ukrayna Azərbaycan Gəncləri İttifaqının nümayəndələri də iştirak etmişlər.

Qeyd olunmuşdur ki, İrpendəki küçələrdən biri dünya şöhrətli oftalmoloqun adını daşıyır. Şəhər məktəblərindən də birinə onun adı verilmişdir. Zərifə Əliyeva keçmiş SSRİ-də Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk alim qadındır.

BAKI.16.04.2013.AzerTAc.