Qusarda Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur

Qusar Mərkəzi Rayon Xəstəxanasında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə konfrans keçirilmişdir.

Konfransdan əvvəl xəstəxanada dünya şöhrətli oftalmoloqun 90 illik yubileyi münasibətilə yaradılmış və görkəmli alimin fotolarının əksini tapdığı guşəyə baxış olmuşdur.

Tibb müəssisəsinin akt zalında keçirilən konfransda xəstəxananın baş həkimi Mübariz Zeynalov bildirmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermişdir. Qeyd edilmişdir ki, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış Zərifə xanım Əliyeva elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Konfransda gənc həkimlərə görkəmli alimin həyat yolundan nümunə götürmək, çalışdıqları peşəyə dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyeva kimi vurğun olmaq tövsiyə edilmişdir.

Qusar.30.03.2013. AzərTAc.