Xəbərlər

“Gözəl alim, qayğıkeş insan” mövzusunda tədbir keçirilmişdir


“Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş “Gözəl alim, qayğıkeş insan” mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.

Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilmiş, üzərinə tər güllər düzmüşlər.

Sonra tədbir Xətai rayon 3 nömrəli uşaq evində davam etdirilmişdir.

Tədbirdə Zərifə xanım Əliyevanın novator alim kimi tibb elminə verdiyi töhfələrdən söhbət açılmış, oftalmologiya sahəsində gənc mütəxəssislərin yetişdirilməsində böyük xidmətlərindən danışılmışdır.

İştirakçılar Suraxanı rayonundakı 2 nömrəli uşaq evinə də baş çəkmiş, hər iki uşaq evində süfrə açılmış, balacalara hədiyyələr təqdim olunmuşdur.

BAKI. 11.03.2013. AzərTAc.